Murvet Qedimoglu Hekeri VARLI VƏ KASIB

Olmuş əhvalat
(“Köpəyə ehsan” şeirinin mativləri əsasında)

Varlının tulası bir gün gəbərdi,
Çoxları gəldilər “baş sağlığına”.
Varlı tulasına ehsan da verdi,
Kaş onda baxaydın insan axınına…

Hər gələn bir cürə təsəlli verdi,
Dizinə, başına döyən də oldu.
Varlıya paket də pul da verildi,
Tulanı oxşayıb, öyən də oldu…

Kasıbın evinə gəldi fəlakət,
Bir gündə üç meyid çıxdı bir evdən.
Ona “baş sağlığı” vermədi fəqət
Nə bir canlı ölü, nə başsız bədən…

Ən yaşlı ölənə: – Əşi dünyanın
Hər bir səfasını sürüb, – dedilər…
Cavana: – vaxtında qutardı canın,
Bəlaları öncə görüb, – dedilər…

Kasıbın gözləri yolda qalsa da,
Ona “baş sağlığı” verən az oldu.
Varlının ölüsü bir it olsa da,
Ona insan kimi qəbr qazıldı…

Anlaya bilmədim mən bu hikməti,
Qeyrət çeynənildi, namus uduldu.
Varlının tulası, varlının iti
Kasıb qohumundan üstün tutuldu…

Alət çubuğuna keç