Son dəqiqə: Taliban lideri öldürüldü

Pakistan Talibanının (TTP) Hakimullah Məsud qruplaşmasının lideri Şəhriyar Məsud öldürülüb.

Teleqraf.com xəbər verir ki, qruplaşma lideri yolun kənarına basdırılmış minanın partlaması nəticəsində həyatını itirib.

Hadisə Əfqanıstanın Kunar bölgəsində baş verib.

Məsudun yerinə qrupun başına Mövlana Vali Məhəmmədin keçdiyi açıqlanıb.

Təşkilatın Hakimullah Məsud qruplaşmasının digər lideri Seyfullah Məsud da Hakkani qruplaşması tərəfindən ötən ilin dekabr ayında öldürülmüşdü.

Alət çubuğuna keç