Çində koronavirusdan ölənlərin sayı kəskin artıb

Çinin Hubey əyalətində fevralın 13-də koronavirusa yoluxan 242 nəfər ölüb.

“Reuters” xəbər verir ki, bu, sətəlcəm xəstəliyinin yeni tipindən bir gündə qeydə alınan ən çox ölüm hadisəsidir.

Öncəki antirekord fevralın 10-da (103 nəfər) qeydə alınmışdı.

Yeni yoluxma hallarının sayı artaraq 14 840 nəfər olub/Report.

Alət çubuğuna keç