AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI MÜBARİZ İBRAHİMOVUN SON MƏKTUBU…

“CANIM ATAM VƏ ANAM…MƏNDƏN SARI DARIXMAYIN.İNŞALLAH,CƏNNƏTDƏ GÖRÜŞƏCƏYİK.MƏNİM ÜÇÜN BOL-BOL DUA EDİN.VƏTƏNİN DAR GÜNÜNDƏ ÜRƏYİM DÖZMÜR.ALLAH XƏTRİNƏ BUNU ETMƏLİYƏM,ƏN AZINDAN ÜRƏYİM SƏRİNLİK TAPAR.İNŞALLAH,ŞƏHİD OLANA KİMİ BU ŞƏRƏFSİZLƏRİN ÜSTÜNƏ GEDƏCƏYƏM.ŞƏHİD OLSAN,AĞLAMAYIN,ƏKSİNƏ SEVİNİN Kİ,O MƏRTƏBƏYƏ YÜKSƏLDİM”.

TƏQVİMİN 07 FEVRAL 2020-İLİ.BU GÜN LİDER TV-NİN CANLI OLARAQ “XOŞ OVQAT” VERİLİŞİNDƏ UNUDULMAYACAQ BİR GÜN YAŞANDI.XAN QIZI XURŞUDBANU NATƏVANIN ADINI DAŞIYAN “NATƏVAN ƏDƏBİ MƏCLİSİ”NİN RƏHBƏRİ VƏ YARADICISI RƏNA MƏRZİLİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI MÜBARİZ AĞAKƏRİM OĞLU İBRAHİMOVUN DÖĞUM GÜNÜ QEYD OLUNDU.YAŞASAYDI ÖZ AİLƏ ORTAMINDA 32 YAŞI QEYD EDİLƏCƏKDİ MÜBARİZİN.LAKİN BU GÜN “ŞƏHİDLİK ZİRVƏSİ”Nİ FƏTH EDƏN İGİDİMİZİN DOĞUM GÜNÜNÜ BÜTÜN AZƏRBAYCAN XALQI QEYD EDİR.BÖYÜKDƏN KİÇİKƏ QƏDƏR DİLLƏR ƏZBƏRİ OLUB QƏHRƏMANIMIZIN ADI.BİTİB-TÜKƏNMƏK BİLMƏYƏN ŞEİRLƏR YARANIB, MAHNILAR YAZILIB, SƏNƏDLİ FİLMLƏR ÇƏKİLİB VƏ HAL – HAZIRDA ÇƏKİLMƏKDƏDİR.FƏXRLƏ DEYƏ BİLƏRƏM Kİ, BÜTÜN TÜRK DÜNYASI BU GÜN DƏ MÜBARİZ İBRAHİMOVUN QƏHRƏMANLIĞINDAN SÖZ AÇIR.SİNƏSİNİ VƏTƏN, TORPAQ UĞRUNDA SİPƏR EDƏN MƏRD, MÜBARİZ,İGİD QARDAŞIMIZ MÜBARİZ İBRAHİMOVDAN…
BU GÜNKÜ CANLI VERİLİŞ ELƏ MÜBARİZİN ADINA LAYİQ YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLDİ.ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ZÜLFİYYƏ İBADOVA,ƏMƏKDAR ARTİST SEVİNC SARIYEVA VƏ AŞIQ KƏMALƏ QUBADLININ OXUDUĞU VƏTƏNPƏRVƏR MAHNILAR DOĞRUDAN DA İZLƏYİCİLƏRDƏ XOŞ OVQAT YARATDI.ŞAİRƏLƏRDƏN NAİBƏ NƏVA QAFANLI, TÜKƏZBAN AĞDAMLI VƏ BAŞQALARI QƏHRƏMANA HƏSR OLUNMUŞ ŞEİRLƏRİNİ SÖYLƏDİLƏR.BU GÜN MÜBARİZ İBRAHİMOVUN AD GÜNÜNDƏ QƏHRƏMAN ŞƏHİDLƏRİMİZƏ, HƏMÇİNİN SƏNGƏRDƏ QIŞIN SƏRT SOYUĞUNA, YAYIN QIZMAR İSTİSİNƏ BAXMADAN VƏTƏNİ,TORPAĞI,ANA-BACILARIMIZI QORUYAN ƏSGƏRLƏRİMİZƏ-MÜBARİZİN SİLAHDAŞLARINA HƏSR OLUNAN ŞEİRLƏR MƏHARƏTLƏ İFA OLUNDU.
BƏLİ,MÜBARİZ İBRAHİMOV AZƏRBAYCAN ƏSGƏRİNİN QƏHRƏMANLIQ RƏMZİDİR!

RƏSMİYYƏ HEYBƏTAĞAQIZI

Alət çubuğuna keç