Sevgisinə görə vətənində xəyanətkar hesab edilən, toyunda 30 min insan iştirak edən OLİMPİYA ÇEMPİONUNUN ACI HƏYAT HEKAYƏSİ – FOTO

Sevdiyi oğlana görə ABŞ-a gedən Olimpiya çempionu Vətəninə xəyanətkarlıqda ittiham olundu

İdman yarışlarında doğulub boya-başa çatdığı ölkəni təmsil etmək istəsə də, ondan imtina edildi.

Qızıl medal və romantik sevgi həyatı

Milli.Az bildirir ki, 1956-cı ildə Avstraliyada keçirilən Olimpiya oyunlarının qızıl medalçısı çexoslavakiyalı Olqa Fratkova iki həftə ərzində Melburnda amerikalı atlet Harold Konnoli ilə romantik bir həyat yaşayır. Sevgi həyatı yaşayan gənclər  tanışlıqlarından bir il keçməmiş evlənirlər. Onların ailə həyatı qurmasında təkcə Praqa yox, “soyuq müharibə” dövrünü yaşayan bütün dünya xəbərdar oldu.

İlk tanışlığı barədə danışan Olqa deyir ki,  biz dəhşətli dərəcədə bir-birimizə yaxın idik: “Bizim bu yaxınlığımız nəticədə sevgiyə çevrildi”.

Çexiya Olqanın ABŞ vətəndaşı ilə ailə qurmağa razı deyildi…

İki gəncin sevgisinə baxmayaraq, onların hər biri dövrünə görə dünyanın əks qütblərini təmsil edirdilər. Çexoslavakiya sosialist, ABŞ isə kapitalizm düşərgəsini təmsil edən ölkələr idi. Təmsil etdikləri ölkələrin əks qütblərdə yer alması bu iki gəncin sərbəst ailə qurmasına maneçilik yaradırdı.

Tanışlıqlarından bir neçə ay sonra Harold Olqaya evlilik təklifi edən məktub ünvanlayır və Olqa buna razı olur.

1957-ci ildə Avropaya səfəri  zamanı Harold  Praqaya gəlir  və orada toy edirlər.

Cütlük əvvəlcə toylarını  heç kim xəbər tutmasın deyə çox məhdud çərçivədə etmək  istəyirlər. Lakin vəziyyət elə alınır ki, cütlüyün toyu 30 min insanın şahidliyi ilə baş tutur.

Gizli toy necə 30 min insanın iştirak etdiyi şənliyə çevrildi?!

Toy Praqanın Staromestski meydanında baş tutur və  toy şənliyində   30 min insan  iştirak edir.

Nə qədər möhtəşəm olsa da, hər şey bundan sonra başlayır. Olqa Fiktovanın ABŞ vətəndaşı ilə nigaha girməsi üçün verdiyi ərizə bürokratik əngəlliklərlə üzləşir.

Necə deyərlər, əsl bürokratik dram başlanır. Müvafiq dövlət qurumları Olqanın müraciətinə çox ləng cavab verirlər. Bu hələ harasıdı. Bütün mərəhələlərdə  Olqa  Vətənə xəyanətdə ittiham olunur.

Sevgisinə görə, Vətənə xəyanətdə ittiham olundu.

Vəziyyət belə həddə çatanda Harold Olqaya təklif edir ki, gəl, prezidentə yazaq. Olqa isə buna razı olmur.
Lakin sonda cütlük ölkə başçısına ayrı-ayrılıqda  Olqa və Horald iki məktub ünvanlamalı olurlar.

Prezidentə məktub

Olqa  səssiz-küysüz, məhdud çərçivədə toy gətirmək istəsə də, onların toy məsələsi qısa zamanda cəmiyyətdə böyük rezonansa səbəb olur. Toy səs-külyü keçir.

Cütlük nikahdan sonra  Çexoslavakiya milli komandasında fəaliyyətlərini davam etdirmək şərti ilə ABŞ-a köçmək istəyirlər. Bununla bağlı Olimpiya  komitəsinə rəsmi müraciət edirlər. ABŞ-da olarkən Olqa belə bir  məktub alır. Çexoslavakiya onun məktubuna bir şərtlə  razılıq verir. Ancaq Praqada  məşq etmək. Bu isə o demək idi ki, ölkəsi ondan imtina edir.

Çexoslavakiya onun xidmətindən necə imtina etdi?!

Olqa onu da başa düşürdü ki, ABŞ vətəndaşı olarsa, idmandan kənar qalmayacaq. Çünki o Melbrunda Çexoslavakya bayrağı adı altında yarışaraq qızıl medal qazanıb. Bu onun uğuru idi. Məhz onun bu uğuru onun gələcək karyerasında da öz rolunu oynayır. Olqa  ondan sonra daha 4  Olimpiadada iştirak edir. 1972-ci ildə Olqa komandasının ən məşhur siması olmasına baxmayaraq, ciddi uğurlu nəticələrə göstərə bilmir.

Olqanın ailə həyatında isə hər şey qaydasında  gedirdi. Cütlüyün  dörd övladı dünyaya gəlmişdi, ona görə də onlar Los-Anclesin qərbində Kalver-Siti şəhərinə köçməli olurlar. Övladları da  idmanla məşğul olub.

1989-cu ildə Olqa belə bir etiraf etdi ki, artıq  idmandan  nəinki yorulub, hətta bezib. “Harold çəkiclə ailəli olub”- Olqa qeyd edib.  Harold Konnil isə ailəlikdən sonra Olimpiadalarda doqquz dünya rekordu təzələyib.

Sevgi və ayrılıq…

Xoşbəxt cütlüyün ailəlik həyatı 16 il sürür.
Cütlüyün   evlilik həyatı əbədi olmur. Olqa ilə Harolda  1976-cı ildə ayrılırlar.  16 il ailəlik həyatı yaşayan Olqa  evlilik dövrünü belə xatırlayır: ”  Deyə bilmərəm ki, aramızdakı münasibətlər həqiqi sevgi idi, ya yox. Buna əmin deyiləm. Acncaq  bir-birimizə qarşılıqlı hörmətimiz var idi”.

Xoşbəxtlik uğrunda mübarizə və….

Dünyada arzularının yaxşı formada realalşdırmaq üçün qarşılaşan gənc qız öz xoşbəxtliyi üçün  mücadilə aparıb ki, hər şey romantik olsun. “Nə zaman  kimsəni həqiqətən sevirsən, deməli sən onun bir parçası olursan. Biz isə  iki bütöv idik”, – Olqa Fikotova qeyd edib.

Olqadan ayrılan Harold üçqat Olimpiada çempionu Pet Denielslə ailə həyatı qurur. Ayrılmasına  baxmayaraq Harold Olqa ilə təmsalarını kəsmir. Arada bir onlar zəngləşirlər. Bu zaman isə onlar yüngül atlektikanı müzakirə ediblər.  Harold Pet ömrünün sonuna  2010-cu ilə kimi bir yerdə yaşayırlar.
İdmandan hüquq müdafiəçiliyinə gedən yol…

Olqa isə ayrıldıqdan sonra ailə həyatı qurmur. Boşandıqdan sonra  qadın hüquqları və  ətraf mühitin çirklənməsinə qarşı  mübarizə ilə məşğul olur.
87 yaşlı Olqa 2017-ci ilə Kaliforniyada yaşayan Nevada ştatına köçür. O hazırda yerli klubların birində fitnes-məsləhətçi işləyir. (ölkə.azMilli.A

Məqaləyə dair fotomateriallar:

Alət çubuğuna keç