YA OLDUĞUN KİMİ GÖRÜN,YA DA GÖRÜNDÜYÜN KİMİ OL! CƏLALƏDDİN RUMİ

Dünən 54 saylı Şabran – Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Əməkdar artist, mükəmməl bəstəkar -müğənni, siması qədər qəlbi də gözəl Elza Qasımova ( Seyidcahan ) Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Siyəzən şəhər sakini
“Neftçi” Nazim Kərimovu ziyarət etdi.Yorğun olmasına baxmayaraq, Elza xanım o qədər xəstəyə nəvaziş və qayğı göstərirdi ki,ağır əməliyyatdan sonra sanki göynəyən yaralarına bir “məlhəm” olmuşdu müğənninin xoş sözləri,göstərdiyi qayğı.Elza xanım Nazim Kərimova özü ilə gətirdiyi kitabını hədiyyə olaraq təqdim etdikdə,diqqətimi çəkən bir məqam oldu.Hər zaman şahidi olmuşuq ki,müəllif eyni səpkidə aftoqraf yazır.Amma bəstəkarın bir gözü gülüb,bir gözü ağlarkən bu sözləri qeyd etdi:-“Qardaşım Nazim ,sənə Ulu Tanrının bizə bəxş etdiyi ən şirin neməti olan sağlıqlı uzun ömür arzulayıram.03.02.2020.Elza Seyidcahandan “Neftçi” qardaşım Nazimə xoş arzularımla”.Bir anlıq mən çox duyğulandım.Ağır yatağda olan bir xəstə üçün bir məlhəm oldu.Sanki o anda dözülməz acı verən ağrılarını unutmuşdu bir anlığa həsrət baxışlı xəstə…
Bu notları mənə olduqca ağır olsada qələmə almağı özümə mənən borc bildim.Sevimli bəstəkarımızı elə bil yenidən kəşf etdim həmin anda öz fəlsəfi bir dünyası olan Elzanı.İti dilli,uşaq tək bir qəlbə sahib olan- olduğu kimi görünən,göründüyü kimi də olan Elza Seyidcahan… Vətənini,yurdunu, xalqını sevən mərd,cəsarətli bir Azərbaycan qadını.
Onu da deyim ki,bu notları qələmə aldıqca göz yaşlarıma hakim ola bilmədim.

Rəsmiyyə Heybətağaqızı

 

 

 

 

 

 

Alət çubuğuna keç