Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Sabahdan… – VİDEO

Pensiyalar 14-15 faiz civarında artırılacaq. Bununla da minimum pensiya məbləği 230 manat təşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faizi bu artımdan yararlana biləcəklər.

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

Alət çubuğuna keç