Mehriban Əliyeva: “Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin!”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqı təbrik edib.

 

Dunyaxeber.com həmin təbrik məktubunu təqdim edir:

 

“Əziz həmvətənlər!

 

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”.

Alət çubuğuna keç