“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Şahlar Şuşalının “Dünya Azərbaycanlıların Həmrəyliyinə gedən yolda” adlı kitabın təqdimatı keçirildi

“Azərkitab”  Kitab Təbliğatı Mərkəzində yazıçı, həkim Şahlar Şuşalının “Dünya Azərbaycanlıların Həmrəyliyinə gedən yolda” adlı kitabın ictimai təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə “Azərkitab”  Kitab Təgliğatı Mərkəzinin icraçı direktoru  Misirxan Həsənov acaraq gələn qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etdi. Daha sonra o,”Dünya Azərbaycanlılaırn Həmrəyliyinə gedən yolda” adlı kitab haqqında məlumat verərək  bildirdi ki, bu kitab, ömrünün 25 ilini bütün dünyada məskunlaşmış soydaşlarımızın birlik və həmrəyliklərinin təşkilinə həsr etmiş Tofiq Əli-zadənin mənalı həyat yolu haqqındadır. Sonra söz kitabın müəllifi Şahlar Şuşalıya verildi. O bildirdi ki. onu bu kitabı yazmaga vadar edən əsas səbəb Tofiq müəllimi artıq 10 ərzində müşahidə edərək, onun bu yolda gecəli-gündüzlü zəhmət cəkməsi olmuşdur. Dünyada yaşayan 60 milyonluq
Azərbaycanlılaırn milli birlik və həmrəylikləri məsələsi günümüzün ən vacib məsələlərindən biridir. Tofiq Əli-zadənin istərsə xaricdə, istərsə də Azərbaycanda keçirdiyi yüzlərlə  soyqırımlarla  vətənpərvərlik  tədbirləırinin də şahidi olub. Daha sonra söz, əsərin qəhrəmanı olan Tofiq Əli-zadəyə verildi. O  da tədbir iştirakçılarını milli həmrəylik günü münasibəti ilə təbrik etdi, kitabın müəllifi olan Şahlar Şuşalıya minnətdarlğını bildirdi. Və milli birlik və həmrəylik günü munasibəti ilə “Azərkitab”  Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənovu, kitabın müəllifi olan Şahlar Şuşalını, ziyalılardan, Sabaha İnamla.az saytının baş redaktoru Namiq Məmmədlini, İradə Hüseynovanı,Kamran Orucovu, “Gənclərin Töhfəsi” ictimai birliyinin  lideri Asim Vəliyevi, Rüfət Axundovu, şairə Aygün Hüseynlini “Dünya Azərbaycanlılaırn Həmrəyliniə Dəstək” ictimai biliyinin fəxri fərmanları ilə təltif etdi. Daha sonra cıxış edənlər, Respublika qadınlar cəmiyyətinin sədri Bahar Qasımova,bu cəmiyyətin Yasamal rayon şöbəsinin sədri  Gülnarə Əmirquliyeva,”Demokratik cəmiyyət və qadın hüquqlarının müdafisəi” ictimai biliyinin sədri Mehriban Abdullayeva, “Jurnalistlər Ekstremal Vəziyyətdə” ictimai biliyinin sədri Firuzə Əsədullayeva,”Demokratik Gənclər” ictimai biliyinin sədri Asif Əsgərov, “Dünya  Ana və Uşaq” ictimai birliyin sədri Dünya Əliyeva,Sabah İnamla.az  saytının baş redaktoru Namiq Məmmədli, Kamran Orucov, yazıçı Nəsibə Tahiri və başqaları bildirdilər ki, 25 il ərizndə,Tofiq Əli-zadənin həmişə dövlətimizin uğurlu adddımlarına urəkdən  sevindiyinin və xaricdəki soydaşlarımızn milli birlik və həmrəyliklərinin təşkli səhəsində yorulmadan calışdıgının sahidi olublar.
Onuda qeyd edək ki,, Tofq Əli-zadə dəfələrlə Gənclər və İdman naziliyi və bir necə dövlət orqanlarının fəxri fərmanları,  qiymətli hədiyyələri ilə tətif olunmuşdur.
Kamran Orucov
Sabaha-inamla.Az

Alət çubuğuna keç