iPhone X 2017-ci ildə təqdim edilib

iPhone X 2017-ci ildə təqdim edilib, iki ildən sonra isə istifadəçilər smartfonun batareyasından fəal surətdə şikayət etməyə başlayıblar.

Apple və Reddit forumlarında istifadəçilər min dollardan artıq dəyəri olan smartfonun, iki il ərzində batareya yükünü pis saxlamağa başladığını və smartfonun çox tez bir zamanda tam olaraq enerjisiz qaldığını yazırlar.

Milli.Az  bildirir ki, Apple artıq şikayətlərə reaksiya verib və qeyd edib ki, iPhone X smartfonunun batareyası 500 tam yükləmə dövrü üçün hesablanıb.

Normal şəraitdə, xidmət müddəti ərzində, o, orijinal keyfiyyətlərini 20%-ə qədər itirə bilər.

Həmçinin Amerika şirkətinin nümayəndəliyi batareyaya bir il zəmanət verildiyini, zəmanət müddəti bitdikdən sonra isə akkumulyator bloku üçün pullu xidmətin göstərildiyini qeyd edib.

Alət çubuğuna keç