TƏRTƏRİN HÜSƏNLİ KƏNDİNDƏ İNSANLAR DÜŞMƏNLƏ ÜZ-ÜZƏ…

(Tərtərin Hüsənli kənd camaatı məğrur dayanıb, ermənilər onlar üçün bir milçək qədər dəyərli deyil…)

Tərtər səfərindən güc qüvvət aldım. O gücü, qüvvəti mənə sadə döyüşçü və şəhid ailələri verdi. Doğru danışmağı sevirəm. O insan ki, heç nəyə nail ola bilmir, demək saflığın əlamətidir. Elə cəsur döyüşçü İlqar… Döyüşdən söz düşəndə hamı ondan danışır. Amma ətrafına baxıb boğulur. Nə sözünü deyə bilir, nə də bir işin qulpundan yapışa bilir. Sadəcə sərxoş kimi yaşayır. Çünki həyat onun istədiyi kimi deyil. O, haqqın carçısıdı, amma haqq ona qənim çıxıb. Kimsə onun qolundan tutub sərxoş olduğu masadan qaldırmır. Sözü düz danışır, keçmişi göz yaşı ilə xatırlayır. Nə isə…
Döyüş yolu keçmiş Oktayla, İbrahimlə görüşdüm. Onların hünəri bəllidi. Hər ikisinə biganə qalmadım, qələmə aldım.
Çox insanlarla görüşürəm. Diqqətimi ən çox çəkən şəhid bacıları olur. Kişi qeyrətli, məğrur bacılar. Onlardan biri də şəhid Babanın bacısı Solmaz xanım oldu. Bu xanımla Gəncədə, Bərdədə bir yerdə oldum. Hər addımı diqqətimi çəkdi. Qardaşına layiq bacıdır. Onun tədbirlərdəki çıxışları ürək parçalayır. Bütün şəhidlərin bacısıyam deməsi nə qədər qürur verici haldı. Kaş bütün bacılar Solmaz xanım kimi olaydı.
Adətim üzrə şəhidləri ziyarət etmək üçün üz tutduq Hüsənli kənd məzarlığına. Erməni ilə iki addımlıqda olan məzarlıq sanki bir parkı təsvir edirdi. Al qırmızı gül-çiçəklər şəhidlərin ruhunu oxşayırdı. “Vətən çağırır” qəzeti də onların ruhunu şad etmək üçün neçə-neçə kitablar yazdı. Kitabların ərsəyə gəlməsində bütün əməyi keçənlərin bir məqsədi, bir arzusu var, Qarabağı azad görmək arzusu.
Baba kimi oğulların qisası yerdə qalmamalıdır. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ordumuz çoxlu sayda itki versə də düşmənə sübut etdi ki, qisas yerdə qalmayacaq…
Tərtər qəhrəman şəhərdi, düşmənlə üz-üzə məğrur dayanıb. Qadınlarımızın cəsarəti ərlərinə qüvvət verir. Eşq olsun döyüş bölgəsində yaşayan Azərbaycan xanımlarına!

Gülsüm ADİLQLZI

На изображении может находиться: 11 человек
Alət çubuğuna keç