“QHT”-lƏR BU GÜN YENİ TƏKLİFLƏR İRƏLİ SÜRDÜ (Qeyri hökumət təşkilatları birləşməli, daha səmərəli işləməlidi…)

Bu gün Dünyaxanım Əliyevanın rəhbərliyi ilə QHT-nin iclası keçirildi. İclasda bir neçə QHT rəhbəri iştirak etdi. Onlar seçki giqabağı namizədlərə münasibət bildirməzdən əvvəl, bir neçə təklif irəli sürdülər.
“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi”nin sədri Rövşən Ağamalıyev çıxış edərək ölkə başçısı İlham Əliyevin gördüyü işlərdən danışaraq, bildirdi ki, ölkədə gedən islahatlar xalqın xeyrinədi. Sonra o, bir neçə təklif irəli sürdü.
O təkliflərin ən əsası, – Qarabağ əlillərinə, döyüşçülərə, şəhid ailələrinə bəzi imtiyazların vacib olması və bu mövzuda ölkə başçısı İlham Əliyev cənablarına yazılı şəkildə müraciət oldu. Təkliflər bunlardı:
1. Qazın, suyun, işığın pulsuz verilməsi:
2. Nəqliyyatdan pulsuz istifadə olması:
Bu təklifdən sonra, ikinci yeni təkliflifini irəli sürdü. Təklif edildi ki, QHT üçün xüsusi yer ayrılsın. Bütün QHT-lər bir binada yerləşdirilsin. Bu təşkilatların bir binada yerləşməsi daha məqsədə uyğun olmasını vurğuladı. Xarici ölkələrdən Azərbaycana gələn qeyri hökumət təşkilatları hansısa təşkilatı tapmaq üçün çətinlik çəkməsin. Buna görə də Azərbaycan Dövlət Nəşriyyatının bir neçə mərtəbəsini təşkilatlara ayırmağın mümkün olması qeyd olundu.
Digər təklif isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət oldu. Belə ki, qeyri dövlət təşkilatı rəhbərləri QHT üçün yeni bir bina tikib təşkilatın sərəncamına verməsi oldu.
DADP-nin hüquqşünası Süleymanov Samir bəzi mövzulara aydınlıq gətirərək qeyd etdi ki, əslində QHT birləşdirən bir qrum olmalıdır. Sonda sənəd əsasında bəyanat hazırlanmalıdır və bu bəyanat lazımı yerlərə çatdırılmalıdır. Onun sözlərinə qüvvət verən, ömrünü 30 ildən çox hissəsini ictimai işlərdə çalışan hüquqşünas Mehriban Abdullayeva da həmfikir oldu. O, tədbirdə gələcək işlərdən danışaraq bir çox təkliflər irəli sürdü. Tədbir iştirakçıları onun təkliflərini nəzərə alaraq, gələkcəkdə həyata keçirəcəklərinə söz verdilər.
Tədbir iştirakçılarından Svetlana Osmanlı çıxışında qeyd etdi ki, işgüzar xanım, Dünyaxanım xalq üçün çalışan, hər işini nizamla qaydasında görməyi bacaran, qarşısına qoyduğu işi uğurla yerinə yetirən xanımdı. Təklif edirəm ki, onun ətrafında birləşək. Bilirəm ki, onun gördüyü iş bizim övladlarımızın da xeyrinə olar.
Təkliflər QHT rəhbərləri tərəfindən yekdilliklə bəyənildi.
Dünya xanım qeyd etdi ki, yaxşı olardı ki, qeyri hökumət təşkilatlarl dövlət strukturunda işlə təmin olunsun.
Qeyri hökumət təşkiları ilə görüş keçirən Dünyaxanım Əliyeva hər kəsin təklifinə hörmətlə yanaşaraq, onlarla bu yolda birlikdə addımlayacağına söz verdi.
Xatırladıram ki, təşkilat rəhbərləri arasında növbədən kənar keçiriləcək seçkilərə öz namizədliyini vermək fikrində olanlar da oldu…

Gülsüm ADİLQIZI

Alət çubuğuna keç