“2020-ci il dünya üçün yaxşı il olmayacaq”

2019-cu il Azərbaycan üçün nəzərəçarpan ictimai fəallığın bir neçə dalğası və hakimiyyətin buna reaksiyası ilə əlamətdar oldu. Bu, prezidentin islahatlar kursuna başlaması barədə bəyanatlarında özünü göstərdi. 2020-ci il də artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır. Psixoterapevt Paşa Yaqubla həmsöhbət olduq. Paşa Yaqub, ən böyük dəyişikliklərin 2020-də baş verə biləcəyini qeyd edib: “Hələ 2019-cu il girəndə mənim kitabım çıxmışdı. Adı da “Həyatımızı dəyişəcək 2019”. Kitabımda 2019-cu ildə baş verəcək siyasi prosesləri, ay tutlmalarını və ümumilikdə 2019-cu ili təhlil etmişəm. Elmi-lədun hesablamalarım göstərir ki, bu il çox böyül dəyişikliklər olacaq. Gələn ilki, dəyişikliklər isə, bu ilki dəyişikliklərin bazası hesab olunacaq. Belə deyək ki, gələn ilki dəyişikliklərin bünövrəsi qoyuldu. Bildiyiniz kimi bir çox nazirlər dəyişdi, parlament buraxıldı və digər struktur dəyişiklikləri baş verdi. Kitabımdaın üz qabığında da qeyd etmişdim ki, “dəyişikliyə təhlükə kimi deyil, yeni imkanlar kimi baxın”. Psixoterapevt, 2020-ci ili “kamillik” dövrü ili kimi də qiymətləndirib: “Yəni, işdən çıxan məmurlar, baş verən dəyişikliklərə təhülükə kimi baxmasınlar. Əslində bu xalq üçün birbaşa yeni imkanların açılması deməkdir. Bu imkanlarında əsası 2019-da qoyuldu. Ən böyük dəyişikliklər 2020-ci ilə gözlənilir. 2020-ci ildə baş verəcək dəyişikliklər 2019-c ildəki dəyişikliklərdən qat-qat yüksək olacaq. Bu dəyişikliklər də xalqın xeyrinə olacaq. Qarabağ probelmin həll olunmasının da astanasında olacayıq. Ola bilsin tam həll olundu, ola bilsin də həll olunmasına cuzi addımlar qalacaq. 2020-ci ili “kamillik” dövrü kimi də adlandırmaq olar. Şeytani dövrdən kamillik dövrün keçid olacaq. Parlamentdə də gəncləşmə dövrü başlayacaq. 2020-ci ildə insanların baxış bucağı da dəyişəcək”. Elmu-lədun bilicisi, 2020-ci ilin dünya üçün heç də yaxşı gəlməyəcəyini deyib: “Dünyada isə kütləvi qırğınların başlama ehtimalı var. Gələn ilin axırına kimi 29 faiz əhali qalacaq. Beləliklə də dövr tamamilə dəyişəcək. 2020 həm də dünya üçün yeni xilaskarın tanınması ili olacaq. Müsəlman dünyası deyir ki, ya İsa Peyğəmbər gələcək, ya da İmam Mehdi. Əslində nə İsa Peyğəmbər, nə də İmam Mehdi gələcək. Sadecə dünyada sülh yarada biləcək bir insan ortalığa çıxacaq və insanları sülhə çağıracaq. Bu da cəmiyyətin içindən çıxmış savadlı, elmli şəxs olacaq”.

Alət çubuğuna keç