“AZƏRBAYCANÇILIQ İDEYASI: Dünya Azərbaycanlı Gənclərinin milli ideologiyasıdır” adlı konfransla bağlı səfərdə olmuşdur

 Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski noyabr ayının 7-dən 10-dək Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Dünya Azərbaycanlı Gənclərinin Həmrəyliyi İB-nın təşkilatçılığı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “AZƏRBAYCANÇILIQ İDEYASI: Dünya Azərbaycanlı Gənclərinin milli ideologiyasıdır” adlı konfransla bağlı səfərdə olmuşdur. Nəzərinizə çatdıraq ki, E.Talışınski konfransda Sankt-Peterburqda yaşayan gənclər qarşısında çıxış edərək azərbaycançılıq ideologiyasının yaranma tarixindən, həmin ideologiyanın inkişaf etdirilməsinin və xüsusən azərbaycanlı gənclər arasında təbliğinin vacibliyindən bəhs etmişdir. O, həmçinin əsası ümummilli lider Heydər Əliyevin olduğu müstəqil Azərbaycanın dövlət gənclər siyasətinin hazırda prezident Ilham Əliyev tərəfindən layiqincə aparıldığını və gənclərə çox böyük üstünlük verildiyini konfrans iştirakçılarına çatdırmışdır. E.Talışınskinin çıxışı Rusiyada yaşayan azərbaycanlı gənclər tərəfindən maraqla qarşılanmışdır. Dörd gün davam edən səfər çərçivəsində Elvin müəllim başda Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki vitse-konsulumuz Rüfət Dadaşov olmaqla bir çox komitə üzvləri ilə də görüşlər keçirmişdir.

 

Alət çubuğuna keç